Evdən qaçıb arzusuna çatan aktrisa

 

Atasının etirazına rəğmən aktrisa olmaq arzusu ilə evdən qaçır, ilk uğursuzluq onu ruhdan salmır. Satıcı işləsə də, sonda arzusuna çatır. Bu, Rusiyanın Əməkdar artisti Lyusena Ovçinnikovadır.

 

Lyusena Ovçinnikova 1931-ci ildə Olevsk (Ukrayna) şəhərində anadan olub. Atası sərhədçi zabit, anası evdar qadın olub. Atasının işi ilə əlaqədar yaşayış yerini tez-tez dəyişiblər, Kareliya, Gürcüstan, Türkmənistan və s. yerlərdə yaşayıblar. Lyusenanın 6 yaşı olanda anası vəfat edib. Atası ikinci dəfə evlənib. Lyusenanın ögey anası ilə münasibətləri çox yaxşı olub, bir müddətdən sonra onun bir ögey bacısı da dünyaya gəlib. Məktəb illərində utancaq olan, hətta teatr dərnəyinə yazılmaqdan çəkinən Lyusena buna rəğmən aktrisa olmaq arzusunda idi. Orta məktəbi bitirən kimi sənədlərini incəsənət institutuna vermək istəsə də, atası etiraz edir. O isə evdən qaçır və atasına məktub yazır ki, “ata, məni bağışla, lakin mən aktrisa olmaq istəyirəm”. Evi tərk edən 17 yaşlı Lyusena Minsk şəhərindəki xalasının yanına gedir. Burada Teatr İnstitutuna daxil olmaq istəyir, amma imtahana gecikir. Üstəlik imtahanlar Belarus dilində götürülürdü. Lakin buna baxmayaraq, o, evlərinə qayıtmır. Orda qalıb univermaqda satıcı işləməyə başlayır. Bir ildən sonra Teatr İnstitutuna qəbul olmaq üçün Moskvaya gedir. Nəhayət, istəyinə çatır. A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olur. 1955-ci ildə institutu bitirir V.Mayakovski adına Moskva Akademik Teatrında işə düzəlir.

Teatrda rollar oynamaqla bərabər, kinoya da dəvət alır. 1957-ci ildə rejissor Q.RoşalınƏzablı yollarfilmində Luşa (qulluqçu) rolunda debüt edir. 1959-cu ildə rejissor Lev Kulidjanovun “Ata evi” (Nyurka Makarova), bir il sonraDünyanın ilk günü” (Nataşa) filmlərinə çəkilir. Bundan sonra istedadlı aktrisa hər il filmlərdə rol alır. Onun istedadını görən rejissor Yuri Çulyukin aktrisanıQızlarfilminə dəvət edir. Bu filmdən sonra aktrisa daha da məşhurlaşır.

Şəxsi həyatına gəlincə isə, iki dəfə qeyri-rəsmi evlilik yaşayan Lyusena Ovçinnikova 1966-cı ildə işlədiyi teatrın aktyoru Valentin Kozlovla rəsmi nikaha daxil olub. Lakin bu evliliklərdən övladı olmayıb.

AktrisaSəhər qatarı”ında İnka, “Yüngül həyat”da Maşa, “Zəng çalınır, qapını açın”da Neçayeva, “Jurnalist”də Tamara, “Anam ərə gedir”də Zina Qolubeva digər filmlərdə bir-birindən maraqlı rollar oynayır. Eyni zamanda teatrda həyat yoldaşı ilə birlikdə səhnəyə çıxır. Lakin teatrın direktoru dəyişəndən sonra cütlüyə az rollar verilir, buna görə onlar teatrı tərk edirlər. 1973-cü ildəBöyük tənəffüsfilmində oynadığı Valya rolundan sonra Lyusena Ovçinnikova Əməkdar artist fəxri adına layiq görülür.

Aktrisa həyat yoldaşı ilə 32 il mehriban ömür sürür. Lyusena Ovçinnikova deyirdi ki, gərək səadət üçün həmişə çalışasan, səhər tezdən oyanıb gülə-gülə işə başlayasan.

Həyatının son illərində səhhəti ilə bağlı filmlərə çəkilməməsi 1998-ci ildə həyat yoldaşının vəfat etməsi ona pis təsir edir. Allergiyadan əziyyət çəkən aktrisa 1999-cu il yanvarın 8-də dünyasını dəyişir.

 

Səbinə Əlibalaqızı

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 15.