Gənclər Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

 

Masallı rayon Mədəniyyət mərkəzində 2 fevral - Gənclər Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Sonra ulu öndərin gəncliyə göstərdiyi diqqət və qayğını əks etdirən videoçarx nümayiş olunub. Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov və digər çıxış edənlər dövlətimizin gənclərlə bağlı siyasətindən söz açıblar. Mədəniyyət mərkəzinin ifaçıları rəngarəng musiqi nömrələri ilə tədbiri rövnəqləndiriblər.

* * *

Zaqatala Rayon Gənclər və İdman İdarəsi və Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Tədbirdə 2015-ci ildə rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər diplom və hədiyyələrlə mükafatlandırılıb. Tədbir Mədəniyyət mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

* * *

Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı, YAP Bərdə rayon təşkilatının dəstəyi ilə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun Gənclər Gününə həsr olunan tədbiri keçirilib. Şəhər 1 nömrəli uşaq incəsənət məktəbində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya, Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev, “Gənc mədəniyyət işçiləri koordinasiya kreativ qrupunun Bərdə rayon kuratoru Səbuhi Qasımov, Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov və başqaları çıxış ediblər. Sonda uşaq incəsənət məktəbi kollektivinin konsert proqramı təqdim olunub.

* * *

Salyan Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən toplantıda rayonun müxtəlif sahələrdə çalışan gəncləri iştirak ediblər. İcra Hakimiyyətinin başçısı Tahir Kərimov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulanPrezidentİlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətində böyüməkdə olan nəslin fiziki-mənəvi, psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsi əsas yer tutur. Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş gənclərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

* * *

 

Qazax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mərkəzin baş mühafizi Ceyhunə Allahquluyeva Azərbaycanda gənclər siyasəti haqqında geniş mühazirə ilə çıxış edib. Müəllim və psixoloqlar Samirə Nəbiyeva, Gülnar Quluyeva, Aytən Osmanova çalışdıqları məktəblərdə yaradıcı uşaqların uğurlarından söz açıblar. “Yazar olmaq istəyirəm” layihəsinin qalibləri olmuş şagirdlər şeir və hekayələrini oxuyub, uşaqların rəsm əsərləri, əl işlərini nümayiş etdirilib.

 

* * *

Cəlilabaddakı Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət və Turizm Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Mənim gəncliyim” adlı tədbir keçirilib. Əvvəlcə iştirakçılar gənc rəssamların sərgisi ilə tanış olublar. Gəncliyi əks etdirən videoçarx nümayiş etdirildikdən sonra İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən respublika və beynəlxalq miqyaslı yarışlarda uğur qazanan gənclərə müxtəlif hədiyyə, diplom və fəxri fərmanlar təqdim edilib. Rayon uşaq incəsənət məktəbi və Heydər Əliyev Mərkəzi rəqs dərnəyinin ifalarında müxtəlif konsert proqramları nümayiş olunub.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 11.