“Multikulturalizm
ili”ndə muzeyin fəaliyyəti
Yanvarın 25-də Qəbələ
Tarix-Diyarşünaslıq Muzeyində “Multikulturalizm
ili” çərçivəsində
qarşıda duran vəzifələrə
həsr olunmuş dəyirmi masa keçirilib. Qeyd olunub ki,
Qəbələ azsaylı xalqların kompakt
yaşadığı rayonlarımızdan biridir.
“Multikulturalizm ili” ilə bağlı rayonda
yaşayan müxtəlif xalqların
nümayəndələrinin tarix-diyarşünaslıq muzeyinə
dəvət olunması, onlarla
görüşlərin təşkili, xalq
sənətkarlarının əl işlərindən ibarət
sərgilərin keçirilməsi, ekspozisiyanın zənginləşdirilməsi
nəzərdə tutulub.
Mədəniyyət.- 2016.- 5
fevral.- S. 11.