Qusar gəncləri gələcək
fəaliyyət istiqamətlərini
müzakirə ediblər
Qusarda Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun fəaliyyət istiqamətləri və rayonda onların iştirakı ilə keçiriləcək tədbirlər müzakirə olunub. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin tabe müəssisələri üzrə 70-ə yaxın gənc iştirak edib.
Tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov və Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxış ediblər. Bildirilib ki, regionlarda mədəniyyət müəssisələri tərəfindən göstərilən mədəni xidmətlərin müasirləşdirilməsi üçün bir sıra addımlar atılır. “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” da məhz bu istiqamətdə səmərəli və çevik koordinasiya işlərinin aparılmasını təmin etmək üçün yaradılıb. Qrup mədəniyyət müəssisələri arasında daha effektiv koordinasiya işlərinin aparılmasına, əməkdaşların fəaliyyətinin stimullaşdırılmasına xidmət edəcək.
Görüşdə gəncləri
maraqlandıran məsələlər müzakirə olunub, təkliflər qeydə alınıb. Sonda qrup üzvü
olan gənclərin əl işlərindən
ibarət sərgiyə baxış keçirilib.
Mədəniyyət.- 2016.- 5
fevral.- S. 11.