Azərbaycanı kəşf et

 

Mədəni irstarixi abidələrimizin təbliği ilə bağlı layihənin icrasına başlanılıb

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Mədəni irstarixi abidələrimizin təbliği” mövzusunda elan edilən müsabiqənin qalibi olmuş “Gələcək naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək İctimai Birliyinin “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir!” adlı layihəsinin icrasına başlayıb.

Layihə çərçivəsində 6-7 fevral tarixində Qazax rayonunun və 13-14 fevralda Quba rayonunun muzeytarixi abidələrinə ekskursiyalar təşkil olunacaq.

Eyni zamanda QazaxQuba rayonlarının mədəniyyət mərkəzlərində təlimlərin təşkil olunması, mədəni irs abidələri haqqında tədbir iştirakçılarının məlumatlandırılması, tarixi abidələr haqqında nəşr olunmuş bukletcib təqvimlərinin paylanması nəzərdə tutulub.

Layihənin məqsədi Azərbaycan gəncliyinin inkişafına dəstək olmaq, gənclərin vətənpərvər bir şəxsiyyət kimi formalaşmasına yardım etmək, onlara Azərbaycançılıq ideologiyasını aşılamaqdır.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 9.