Ötən il milli parkları 75 min turist ziyarət edib
Ekologiya
və Təbii Sərvətlər Nazirliyindən
verilən məlumata görə, hazırda ölkəmizdə 9 milli
park, 11 dövlət təbiət
qoruğu və 24 dövlət təbiət
yasaqlığı fəaliyyət
göstərir. Ümumilikdə,
xüsusi mühafizə
olunan təbiət əraziləri ölkə
ərazisinin 10,3 faizini, milli parklar isə 3,7 faizini təşkil edir.
Ötən il ərzində milli parkların ərazisinə
daxil olan turistlərin sayı 75 min
nəfər olub. Onlardan 1050 nəfəri xarici ölkə vətəndaşlarıdır.
2015-ci il ərzində
xüsusi mühafizə
olunan təbiət ərazilərində qeydə
alınmış qanun
pozuntusu faktlarına görə təqsirkarlara
qarşı 815 akt və 263 protokol tərtib edilib. Qanun pozucularına görə inzibati qaydada 169 min 630 manat məbləğində
cərimə tətbiq
edilib.
O cümlədən, cari il ərzində qanunsuz ovla bağlı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərə qarşı 63 akt və 63 protokol tərtib edilərək onlardan 57 ov silahı götürülüb. Təqsirkar şəxslərə qarşı 67800 manat məbləğində cərimə tətbiq edilib.
Lalə
Mədəniyyət.- 2016.- 5
fevral.- S. 6.