Azərbaycan-Rusiya
əlaqələrindən bəhs edən fotosərgi
açılıb
Rusiya İnformasiya Mədəniyyət Mərkəzində (RİMM) “Rusiya-Azərbaycan-2015” fotosərgisi açılıb. Sərgi hər il fevralın 10-da Rusiyada, habelə ölkənin xaricdəki səfirlik və nümayəndəliklərində qeyd edilən Diplomatik İşçilər Gününə həsr edilib.
Açılış mərasimində çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin ölkəsinin zəngin ənənələri olan diplomatiya tarixindən söz açıb, iki ölkə arasında münasibətlərdən danışıb: “Biz əməkdaşlıq etməyi və bir-birimizi anlamağı öyrənmişik. Mənafelərimiz üst-üstə düşür və bu, böyük üstünlükdür”.
Sonra qonaqlar Rusiya diplomatiyasının formalaşma tarixini, bugünkü vəziyyətini və Rusiya-Azərbaycan ikitərəfli münasibətlərini əks etdirən ekspozisiya ilə tanış olublar.
Ekspozisiyada 2015-ci ildə
Rusiya-Azərbaycan münasibətlərində ən mühüm hadisələri, o
cümlədən mədəniyyət və təhsil əlaqələrini
əks etdirən fotolar yer
alıb. Sərgidə regionlararası və humanitar
əməkdaşlıq məsələlərinə,
rusiyalı idmançı və azarkeşlərin Bakıda
keçirilən birinci Avropa
Oyunlarında iştirakına və s. xüsusi diqqət yetirilib.
Mədəniyyət.- 2016.- 5
fevral.- S. 4.