Tərtərdə
Gənclər Günü münasibətilə
konsert
Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan gənclərinin ilk forumunun 20 illiyi və Gənclər Günü münasibətilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Ordu gəncləri böyük qüvvədir” devizi altında ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon Mədəniyyət
və Turizm Şöbəsinin xalq kollektivinin və Həzi
Aslanov adına Mərkəzi Zabitlər evinin mahnı və rəqs ansamblının
iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Xalq kollektivi üzvlərinin
və musiqi məktəbi şagirdlərinin
ifasında səslənən vətənpərvərlik
mahnıları tamaşaçılar tərəfindən böyük maraqla
qarşılanıb.
Mədəniyyət.- 2016.- 5
fevral.- S. 2.