Vətənpərvərlik
işinin təşkilində xidmətlərinə
görə
Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri təltif olunub
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə rayondakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Ordu gəncləri böyük qüvvədir” devizi altında tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, eləcə də Ağdam, Bərdə, Goranboy və Naftalandan mədəniyyət işçiləri iştirak ediblər. Qonaqlar sırasında paraolimpiyaçı, beşqat Avropa və dünya çempionu, birinci Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyev də olub.
Mədəniyyət və istirahət parkında ordumuzun istifadəsində olan müxtəlif çaplı artilleriya və atıcı silahların nümayişinin təşkil olunması xüsusilə gənclər tərəfindən maraqla qarşılanıb.
Tədbiri Müdafiə Nazirliyinin nümayəndəsi açaraq Azərbaycan gənclərinin ölkə həyatının digər sahəsində olduğu kimi, ordu quruculuğunda da mühüm rolundan söz açıb.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin xalq kollektivinin və Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin - Azərbaycan Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblının iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Sonra Heydər Əliyev Mərkəzinin
konfrans zalında təltif olunma
mərasimi keçirilib. Müdafiə
Nazirliyinin səlahiyyətli nümayəndəsi
tədbirin hazırlanmasında köməyinə, vətənpərvərlik
işinin təşkilində xidmətlərinə
görə müdafiə nazirinin əmrinə
əsasən Tərtər Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Gündüz
Mürsəlovun Azərbaycan Qarabağ
Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyinin
“Fədai” medalı ilə təltif edildiyini
diqqətə çatdırıb və medalı ona təqdim edib.
Mədəniyyət.- 2016.- 10
fevral.- S. 12.