Naxçıvan
Dövlət Filarmoniyasında muğam məclisi
Naxçıvan Dövlət Filarmoniyasında “Rast dəstgahı” muğam məclisi təşkil olunub.
Muğam məclisində Azərbaycanın əməkdar artistləri Qurban Qasımov, Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Hünər Əliyev, Xatirə Səfərova, Zülfüqar Mahmudov, müğənnilərdən Qəribə Həsənova, Nərmin Hüseynova “Rast”ın şöbə və guşələrindən ibarət dəstgah ifa ediblər.
Muğam ifaçılarını Azərbaycanın Əməkdar artisti Elman Əliyev (tarda), Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Aqib Seyidov (kamançada), Qasım Bağırov (balabanda), Məmmədəli Babayev (nağarada), həmçinin Sevinc Babayeva (qanunda) və Sərxan Abdullayev (udda) müşayiət ediblər.
Tədbirdə muğam sənətinin
musiqi mədəniyyətimizin zəngin xəzinəsi
olduğu vurğulanıb. Qeyd
olunub ki, muğam yalnız dünənin və bu günün deyil, həm də gələcəyin əbədiyaşar
sənətidir. Bu sənətin qorunub saxlanılmasına və təbliğinə,
onu yaşadanlara
dövlət tərəfindən diqqət və qayğı
göstərilir.
Mədəniyyət.- 2016.- 10
fevral.- S. 11.