“Azerbaijan breakfast” - milli
səhər yeməyi
Turistlərə təklif olunacaq
menyu milli mətbəx brendi kimi qeydiyyatdan keçib
Fevralın 8-də “Boulevard Baku” hotelində Mədəniyyət və
Turizm Nazirliyi və Milli Kulinariya
Mərkəzinin birgə
təşkilatçılığı ilə “Azerbaijan breakfast” - milli
səhər yeməyi
layihəsinin təqdimat
mərasimi keçirildi.
Təqdimatda bir sıra mehmanxanaların menecerləri
və icraçı direktorları iştirak edirdi.
Mərasimdə çıxış edən Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma
və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov layihə haqqında ətraflı məlumat verdi. Qeyd etdi
ki, Azərbaycanda turizmin inkişafı, ölkəmizin turizm imicini formalaşdıran yeni turizm məhsullarının
yaradılması məqsədilə
müxtəlif layihələr
həyata keçirilir.
“Azerbaijan breakfast” - milli səhər yeməyi layihəsi də bu qəbildəndir.
Layihənin məqsədi milli
səhər yeməyi
növlərinin ayrı-ayrı
elementlərinin beynəlxalq
kulinariya və iaşə xidməti seqmentində Azərbaycan Respublikasının mülkiyyəti
və qeyri-maddi mədəni irs
nümunəsi kimi təqdim olunmasıdır.
Bildirildi ki, Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə
həyata keçirilən
“Azerbaijan breakfast” səhər yeməyi brendinin menyusu və loqosu Müəllif Hüquqları Agentliyində
qeydiyyatdan keçib və müvafiq şəhadətnamə alıb.
Bununla da layihə üzərində nazirliyin
müstəsna hüquqları
tanınıb. Eyni zamanda
layihənin tətbiqinə
ümumi nəzarət
edilməsi və onun yüksək keyfiyyətlə həyata
keçirilməsinin təmin
edilməsi məqsədilə
nazirlik tərəfindən
müvafiq qaydalar tərtib edilib. “Azerbaijan breakfast” - milli səhər yeməyi kompleksi menyusu həm də əmtəə nişanı
kimi Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət
reyestrindən keçib
və müvafiq şəhadətnamə alıb.
Sektor müdiri
qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən
mehmanxana və mehmanxana tipli obyektlər, eləcə də turistlərə xidmət göstərən
iaşə obyektlərinin
hər birinə bu layihədə iştirak etmək üçün müqavilə
şərtləri göndərilib. Bildirdi ki,
müqavilə ödənişsiz
olaraq həyata keçiriləcək. Azərbaycan
xalqının milli və ənənəvi səhər yeməyi kompleksinə daxil olan müxtəlif qida növlərinin milli və beynəlxalq
hüquqla qorunan brend məhsul kimi “Azerbaijan breakfast” adı
altında təbliği
və təqdimatı
nəticə etibarilə
mədəniyyətimizin bir
hissəsi olan milli mətbəximizin nəinki ölkə daxilində, eləcə də xaricdə tanıdılmasına zəmin
yaradacaq.
Daha sonra çıxış edən
Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov milli səhər yeməyi brendinin yaradılması və xarici turistlərə təqdim olunmasının
əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bu layihə həm Azərbaycan xalqının qədim mətbəx ənənələrinin
təbliğinə xidmət
edəcək, həm də mətbəx nümunələrimizin bədnam
qonşularımız tərəfindən
mənimsənilməsinin qarşısını
alacaq. O da diqqətə çatdırıldı
ki, hotel və digər turizm-xidmət obyektlərində “Azerbaijan breakfast” layihəsinin həyata keçirilməsində yaranacaq
çətinliklərin aradan
qaldırılması üçün
Milli Kulinariya Mərkəzinin əməkdaşları
tərəfindən köməklik
göstəriləcək.
Mərasimdə Azərbaycanın səhər
yeməyi ənənələri,
“Azerbaijan breakfast” kompleksinə daxil edilmiş milli kulinariya məhsulları təqdim olundu. Xalqımızın mətbəx ənənələrinin
xüsusiyyətləri, həmçinin
layihənin məqsədləri
və tətbiqi qaydaları haqqında geniş məlumat verildi, layihənin həyata keçirilməsi
istiqamətində iştirakçılarla
əməkdaşlıq perspektivləri
müzakirə edildi.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 10 fevral.- S. 8.