Gənc
memarların müasir memarlığa
baxışı
Bakıda “Gənc memarların müasir memarlığa baxışı” mövzusunda sərgi açılıb. Azərbaycan Memarlar İttifaqının təşkil etdiyi sərginin açılışında çıxış edən qurumun idarə heyətinin sədri Elbay Qasımzadə son illər ölkəmizdə, xüsusilə paytaxt Bakıda baş verən müsbət dəyişikliklər, memarların bu sahədə qazandığı uğurlardan danışıb, gənc memarlar üçün təşkil edilən müsabiqənin onların yaradıcılığında çox böyük rolu olacağını vurğulayıb.
Bildirib ki, Memarlar İttifaqı tərəfindən ənənəvi olaraq reallaşdırılan layihənin əsas məqsədi gənc istedadlı memarların üzə çıxarılmasına, tanınmasına və yaradıcılıq imkanlarının genişləndirilməsinə şərait yaratmaqdır.
Sərgidə Azərbaycan Memarlıq və İnşaat Universiteti və
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbə
memarlarının 30 işi nümayiş olunub. Təqdim
edilən əsərlər arasında şəhərsalma
layihələri və müxtəlif interyer
və eksteryer həlləri, eskiz layihələri xüsusi
yer tutur. Ən
yaxşı layihə müəlliflərinə fəxri fərman
və hədiyyələr təqdim olunub.
Mədəniyyət.- 2016.- 10
fevral.- S. 7.