Firəngiz
Əlizadənin musiqilərinin dünya
premyerası
Amerika Birləşmiş Ştatlarında və Almaniyada
ABŞ-ın San-Fransisko şəhərində Kronos festivalı çərçivəsində
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz
Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildirilib ki, məşhur “Kronos” kvarteti tərəfindən ifa edilən əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.
Kvartetin “Gələcək üçün əlli” adlı eksklüziv proqramı üçün bəstələnən əsər Azərbaycanda qədim zamanlardan nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir.
San-Fransisko Caz Mərkəzində keçirilən konsertdə iştirak edən ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun əməkdaşı Ramin Əliyev Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, 1973-cü ildə David Harringtonun rəhbərliyi ilə ABŞ-ın Sietl şəhərində yaradılan “Kronos” kvarteti fəaliyyətini 1978-ci ildən San-Fransiskoda davam etdirir. Ötən müddətdə qrup bir sıra mükafatlara, həmçinin musiqi üzrə ən nüfuzlu “Qremmi” mükafatına layiq görülüb.
* * *
Firəngiz Əlizadənin musiqisi Almaniyanın Leypsiq şəhərində “Leypsiq müasir musiqi forumu” tərəfindən təşkil edilən və dünyanın ən böyük birgə bəstəsi olan “125 Party Pieces” adlı konsert proqramında da səslənib.
Konsert proqramına
daxil olan musiqilər Qerhard Müller-Qoldbumun rəhbərliyi
ilə “Work in progress - Berlin” orkestri tərəfindən
ifa olunub.
Müasir
avanqard janrının
tanınmış nümayəndəsi,
amerikalı bəstəkar
və filosof Con Keycin 100 illiyinə həsr olunmuş layihədə ABŞ və
Almaniyanın 100 bəstəkarı
iştirak edib.
Layihəyə hazırlıq 2010-cu ildən
başlanıb və bununla əlaqədar Almaniya və ABŞ-da yaşayan tanınmış bəstəkarlara
müraciət edilib. Layihənin ABŞ üzrə təqdimatı
2015-ci ildə Nyu-York şəhərində, Avropa
üzrə təqdimatı
isə bu ilin yanvarında Leypsiq şəhərində
keçirilib. Bütün
dünya üzrə bu layihə üçün seçilən
100 bəstəkarın sırasında
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
UNESCO-nun “Sülh artisti”
fəxri adının
daşıyıcısı, professor Firəngiz Əlizadə də var. Bəstəkar bu möhtəşəm layihənin Avropa premyerasında iştirak edib.
Yeri gəlmişkən, Almaniyanın
Coburg şəhərində
“Landestheater” səhnəsində
2015-ci ilin noyabrından
Volfqanq Amadey Motsart, Con Lennon, Pol Makkartni və azərbaycanlı bəstəkar
Firəngiz Əlizadənin
bəstələrindən ibarət
“Gizli hadisələr”
adlı balet təqdim edilir. Orijinallığı ilə seçilən
balet parlaq cərəyanların birləşməsi
olaraq hazırlanıb.
“Gizli hadisələr”
baletinin nümayişində
professor Firəngiz Əlizadə
fəxri qonaq kimi iştirak edib. Baletin nümayişindən sonra Firəngiz Əlizadə tamaşaçılara
təqdim edilib və gurultulu alqışlarla qarşılanıb.
Azərbaycanlı bəstəkardan gələcək layihələrdə
əməkdaşlığı davam etdirməsi xahiş olunub.
Mədəniyyət.- 2016.- 10
fevral.- S. 6.