“Arşın mal alan” Rusiyada...
Moskvada filmin nümayişi, Yakutiyada operettanın məşqi
Rusiya Kinematoqrafçılar İttifaqının
Moskvadakı Kino Evində
dahi Üzeyir Hacıbəylinin ölməz
əsəri əsasında
çəkilmiş “Arşın
mal alan” filminin 70 illiyi münasibətilə təntənəli
gecə keçirilib.
Gecədə Rusiya Kinoşünaslar
və Kino Tənqidçiləri
Gildiyasının prezidenti
Kirill Razloqov Rusiya və Azərbaycan kino ustalarının əməkdaşlığından
söhbət açıb,
kino sənətimizin incisi sayılan “Arşın mal alan”
filminin dünya kinosunda xüsusi yerini vurğulayıb.
Filologiya
elmləri doktoru, professor Abuzər Bağırov iştirakçılara
Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığı barədə
ətraflı məlumat
verib.
Sonra “Arşın mal alan” operettasının 1945-ci ildə
görkəmli sənətkarlar
Rəşid Behbudov, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Münəvvər Kələntərli
və başqalarının
iştirakı ilə
çəkilmiş kino
versiyası tamaşaçılara
təqdim olunub.
* * *
Yakutiya Dövlət Estrada Teatrında isə “Arşın mal alan” operettasının
premyerası hazırlanır. Rusiya
mediasının məlumatına görə, böyük
Azərbaycan bəstəkarının operettasını yakut dilinə nəğməkar şair Viktor Xon Omuk Uola
tərcümə edib. Tamaşanın rejissoru, Yakutiya-Saxa
Respublikasının Əməkdar artisti Vladlena Burnaşovadır.
Mədəniyyət.- 2016.- 10
fevral.- S. 6.