Nizami Gəncəvinin 875 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir

 

Fevralın 8-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Xətai rayon MKS-nin Mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə rayonun Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş musiqili ədəbi-bədii tədbir keçirilib.

Mərkəzi kitabxananın direktoru Oruc Quliyev, Xətai rayon MKS-nin Mərkəzi kitabxanasının uşaq şöbəsinin baş kitabxanaçısı Təranə Quliyeva və digər çıxış edənlər dahi şair və mütəfəkkirin həyat və yaradıcılığı haqqında danışıblar.

Tədbirin ədəbi-bədii hissəsində məktəblilər Nizaminin əsərlərindən parçalar söyləyib, “Kərpickəsən qocanın bir cavanla hekayəti”ndən kompozisiya nümayiş etdiriblər. Tədbir gənc ifaçıların konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 5.