Mahmud və Məryəm” Türkiyədə yenidən nəşr olunub

 

Xalq yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı Türkiyənin nüfuzlu nəşriyyatlarından olanÖtüken” tərəfindən yenidən çap olunub. Romanı türk dilinə görkəmli türk ədəbiyyatşünası, professor Əli Duymaz uyğunlaşdırıb və kitaba Elçinin yaradıcılığı haqqında genişÖn söz” yazılıb.

Mahmud və Məryəm” Türkiyədə müxtəlif nəşriyyatlar tərəfindən dəfələrlə nəşr edilib, səhnələşdirilib. Roman əsasında Türkiyə və Azərbaycan kinematoqrafçıları müştərək film çəkib. Bir çox ölkələrdə müvəffəqiyyətlə nümayiş olunan bədii filmlə bərabər, üç seriyalı televiziya filmi də hazırlanıb.

Qeyd edək ki, “Mahmud və Məryəm” Xalq yazıçısı Elçinin Türkiyədə çapdan çıxan sayca iyirmi beşinci kitabıdır.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 4.