İki filmimiz
Çində mükafata layiq
görülüb
Azərbaycan istehsalı olan iki ekran əsəri Çində keçirilən Asiya beynəlxalq qısametrajlı filmlər festivalında mükafat qazanıb. Bu barədə ölkəmizin Pekindəki səfirliyindən məlumat verilib.
Səfirlik mədəniyyətimizin, incəsənətimizin bu ölkədə təbliği istiqamətində gördüyü işlər çərçivəsində Amil Məmiyevin “Qara bağ” və Fariz Əhmədovun “Mayak” qısametrajlı bədii filmlərini festivala təqdim edib. Müxtəlif ölkələrdən 300-dək filmin iştirak etdiyi festivalın sonunda ayrı-ayrı nominasiyalar üzrə qalib filmlər seçilib. “Qara bağ” və “Mayak” filmləri festivalın xüsusi mükafatını qazanıb. Bununla əlaqədar festivalın təşkilat komitəsindən Azərbaycanın Çindəki səfirliyinə məktub daxil olub.
Xatırladaq ki,
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə
alınmış “Qara bağ”
bədii filmində məcburi köçkünlərin
yaşayış tərzi, Qarabağ həsrəti
bir sıra metaforik simvollarla göstərilir. “Mayak” isə Ümumrusiya
Dövlət Kinematoqrafiya Universitetinin
məzunu Fariz Əhmədovun diplom işidir. Mədəniyyət
və Turizm Nazirliyinin
“Bu meydan, bu ekran-2011” müsabiqəsinin qalib
kinolayihələrindən olan “Mayak” filmində mövzu ata-oğul münasibətidir.
Mədəniyyət.- 2016.- 12
fevral.- S. 4.