Elektron resursların işlənməsinə
dair xidmətlərin təqdimatı
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Elektron resursların işlənməsi” mövzusunda “EBSCO” məlumat bazası xidmətlərinin təqdimatı və bu bazanın elektron resurslarından istifadə qaydalarının öyrənilməsinə həsr olunmuş tədbir keçirilib.
“EBSCO” şirkətinin (ABŞ) çexiyalı
nümayəndəsi İrina Kreyçarova təqdimatla
çıxış edib. Bildirilib
ki, şirkət aparıcı nəşriyyatların
elmi resurslarının ən böyük əlaqələndiricisidir. “EBSCO”
təkcə ABŞ-dan və Avropadan deyil,
dünyanın müxtəlif yerlərindən nəşrlərin
elektron variantlarını oxuculara
təqdim edir. Burada materiallar ingilis, fransız, ispan, alman, italyan və digər dillərdə yerləşdirilir.
Tədbirdə region ölkələrindən alim və tədqiqatçıların
“EBSCO” ilə əməkdaşlığından
danışılıb, “EBSCO Discovery Service”in texnoloji xüsusiyyətləri, bazanın
axtarış sisteminin
iş prinsipləri nümayiş etdirilib.
Mədəniyyət.- 2016.- 10 fevral.- S. 3.