“Şahdağ”
Turizm Mərkəzində məktəblilər
üçün xizək proqramı
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi 2016-cı ilin fevralından başlayaraq Qusar rayon mərkəzində və kəndlərində yerləşən məktəblər üçün “xizək proqramı”nı açıq elan edib. Proqrama əsasən, VII-XI sinif şagirdləri üçün qrup şəklində məşğələlərin təşkili, məktəblilərin mərkəzə gətirilməsi və geri qaytarılması, xizək avadanlıqlarını, xüsusi geyimlərin icarəsi və kanat yollarından istifadə edilməsi “Şahdağ” Turizm Mərkəzi tərəfindən təmin ediləcək. 2 saatlıq məşğələlər zamanı Azərbaycanda ilk beynəlxalq xizək məktəbinin peşəkar təlimçiləri məktəblilərə xizək sürməyin ən təhlükəsiz və asan yollarını öyrədəcəklər. Yalnız xizəksürmə ləvazimatlarının kirayə haqqının yarısını ödəməklə iştirakçılar beynəlxalq dərəcəli təlimçilərdən dərs ala biləcəklər.
Qeyd edək ki,
turizm mərkəzinin ötən il təşkil etdiyi 3
aylıq proqram üzrə ümumilikdə
800-dək məktəbli xizək dərsi alıb. Proqram şagirdlərin hədsiz
marağına səbəb olub və bu səbəbdən bu il yenidən “xizək dərsləri” təliminə
start verilib. Builki proqram kənd məktəblərini
də əhatə edir. Bu
cür stimul verən
tədbirlər eyni zamanda
ölkəmiz üçün yeni olan xizək idman növünün
inkişafına töhfədir.
Mədəniyyət.- 2016.- 10
fevral.- S. 3.