Azərbaycan dilinin frazeologiya lügəti”nin təqdimatı

 

Fevralın 9-da Bakıdakı Atatürk MərkəzindəAzərbaycan dilinin frazeologiya lügəti”nin təqdimatı olub.

Lüğətin elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov yeni nəşr barədə məlumat verib, lüğəti hazırlayan Qulu Məhərrəmliyə, Rafiq İsmayılova AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarına minnətdarlığını bildirib.

Qeyd olunub ki, frazeologiya lüğətinin tərtib edilməsi ilə bağlı uzun illər müxtəlif cəhdlər göstərilib ilk dəfədir ki, aydın tərtib prinsipləri elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən sözlük ərsəyə gəlib. Yeddi minədək frazeoloji ifadənin izahının verildiyi lüğətAltun kitabnəşriyyatında çap olunub.

Tədbirdə çıxış edənlər frazeologiya lüğətini Azərbaycan dilçilik elminin mühüm nailiyyəti kimi səciyyələndirib, nəşrin məziyyətlərindən danışıblar. Vurğulanıb ki, lüğət ana dilimizin elektron resurslarının yaradılması işinə töhfə verəcək.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 2.