Daş dövrü mədəniyyəti

 

Arxeoloji tədqiqatlar qədim tarixə işıq salır

 

Paleolit abidələrinin öyrənilməsində mərhələlər

 

Qazax-Ağstafa rayonları ərazisində daş dövrünə aid ilk materiallara 1950-ci illərin əvvəllərində Avey dağında rast gəlinmişdir. Burada Damcılı mağarasında mustye, son paleolit, neolit-mezolit orta əsr materialları qarışıq halda tapılmışdır. Qazıntı materialları içərisində dördüncü dövr faunası (maral, ceyran, sayqak, at, keçi s.) ayırd edilmişdir. 1961-ci ildə Şıxlı kəndi yaxınlığında maili düzənliyin şimalında Qədirdərə, Çaxmaqlı, Marallı açıq paleolit abidələri aşkar edilmişdir.

Hələ 1957-ci ildə tarix elmləri doktoru M.Hüseynovun rəhbərliyi ilə paleolit ekspedisiyası Avey dağının şimalında Daşsalahlı mağara düşərgəsini açmışdı. Sonrakı illərdə İncə çayının yuxarı axarı Kəkil dağ ətrafında yeni daha qədim paleolit emalatxana yaşayış yerləri açılmışdır. 1961-1965-ci illərdə Həsənsu çayı hövzəsində Köçəsgər, Şiş quzey aşel-mustye yaşlı yaşayış yerləri qeydə alınmışdır. 1980-ci illərdə Kür çayının sol sahilində Keşik dağın cənub ətəyində Ağgöl ətrafında aşel mustye dövrlərinə aid Qaraduz, Qarabığ, Sarıburun kimi abidələr aşkar edilmişdir.

 

Abidələrin yerləşdiyi ərazilərdə geoloji-coğrafi şərait

 

Geomorfoloqların müşahidələrinə görə, dördüncü dövrün əvvəllərində Ağstafaçay - Sınıq körpü arasında böyük göl mövcud olmuşdur. Abidələr bu hövzə ətrafında yayılmışdır. Qismən hündür terraslar ətəyində yerləşən yaşayış yerləri daha qədim yataqlarla əlaqədardır. Kür çayının sağ sahili II Şıxlı Köçəsgər kəndləri arası alçaq dağlıq ətəyi zolaqda yayılmışdır.

Bu zolaqda yuxarı aşel abidələri ilə Xəzər dövrü terrasları, maili düzənliyin ətəyindəki abidələr Xəzər-Xvalın dövrünə uyğun gəlir. Son paleolit abidəsi isə Xvalın dövrü səkilərlə bağlıdır. Kür çayının sol sahilində isə Ağgöl ətrafı horizontal terraslarda Keşik dağı ətrafında aşel-mustye dövrlərinə uyğun gələn sırf andezit daşından hazırlanmış yaşayış yerləri emalatxana yerləri mövcud olmuşdur.

Geoloqların müşahidələri göstərir ki, Abşeron Ağçaqıl ərəfəsində Xəzər dənizi Poylu-Saloğlu stansiyaları yerinə kimi gəlib çıxırmış. İndiki tirə düzənliklərin yarğan qobularla şimal-cənub istiqamətində parçalanması dördüncü dövrün ortalarından intişar etməyə başlamışdır. Ceyrançöl ərazisinin daha qədim geoloji dövr kəsilişlərində heyvan bitki qalıqları tapılmışdır.

 

Düşərgə materiallarının texniki-tipoloji təhlili

 

Qayalı abidəsində texniki özül orijinaldır. Düzbucaqlı qabarıq üzü, iki qütblü nüvələr bu abidə üçün xarakterik üçbucaqlı aşel tipli nüvələrə rast gəlinir. Şiş quzey abidəsində qısa qalın qəlpə lövhələr üzərində mükəmməl işlənmiş yan qaşovu, uc qaşovu, iri dimdikli biz burun alətlər rol oynayır. Çaxmaqlı abidəsində bu inkişaf yollu təsərrüfat meylli materiallara rast gəlinir.

Köçəsgər düşərgəsində nüvələr üçbucaq dördbucaq olub bir-iki qütbdən bir üzlü işləniblər. Alətlər itiuclu müxtəlif qaşovlardan ibarətdir. Qədirdərədə diskşəkilli, üçbucaq dördbucaqlı bir üzlü nüvələrə rast gəlinir. Alət tərkibi çoxnövlü çoxsaylıdır.

Ceyrançöl abidələri xammalı, texniki əsası, alət tipləri, təsərrüfat yönümü Azərbaycan abidələrindən köklü surətdə fərqlənir yeni mədəniyyət ocağı yaradır.

Kolleksiyaların müqayisəli təhlili göstərir ki, Şıxlı qrupu abidələrindən Qayalı düşərgə emalatxanası ilə Köçəsgər qrupu abidələrindən Şiş quzey düşərgəsi materialları bir texniki səviyyədədir. Bu texniki inkişaf xətli abidələrdən Çaxmaqlı, Damcılı mustye düşərgəsi bu texniki davamın sonrakı mərhələsi kimi görünür.

Qədirdərə düşərgəsi çox təsərrüfat sahəli rəngarəng tipologiyalı, Kür yaşayış qalıqları bəzi alət tipləri ilə qəlpələmə texnikası, hazırlıqları, Daşsalahlı Köçəsgər düşərgələrinin müəyyən mərhələsinin alətləri ilə sıx yaxınlıq yaradır.

Ceyrançöl abidələrində nüvələr diskşəkilli, tək-tək isə bir iki qütblüdür. Qaraduz emalatxana-düşərgədə kobud çapma aləti, kolun (balta) tipli alət, tək-tək bir iki yanlı qaşov, uc qaşovu, çoxvəzifəli alət, bıçaqlar vardır. Qarabığ abidələrində gur yaşayışdan zəngin alət tərkibi qalmışdır. Kiçik çox işlənmiş nüvələr uc yan qaşovları, bütün kənarları işlənmiş qəlpələr, biz burun, gəzli-dişli alətlər bıçaqlar vardır. Sarıburun yaşayış yerində əl çapacaqları, kolun (balta), enli qaşovlar, iskənə tipli alətlərə rast gəlinir.

 

Daş dövründə mədəni ocaqlar onların xüsusiyyətləri

 

Abidələrdə qəlpələmə üsulları, nüvə formaları, texniki səviyyə, alət növləri kəsər, ağız hissələrinin dişəkləmə üsullarına görə fərqli ümumi cəhətləri tutmaq olur. Kəkil (Qayalı), Şiş quzey, Ceyrançöl (Qaraduz, Sarıburun) abidələri Qərbi Azərbaycanda qədim paleolitin orta (aşelin orta üst) mərhələsində uyğun gəlir. Birincilər müxtəlif arxaik nüvəli, üc qaşovu, burun uclu alətləri, iskənə şəkilli kəsərləri ilə seçilən abidələrdir.

Hələlik məlum olan qədim paleolit qatının əvvəlini təşkil edən abidələrdən digəri Ceyrançöl paleolit yaşayış yeridir. Texniki əsas xammal alət tipləri dişək növləri Kiçik Qafqaz ətrafı aşel abidələrindən köklü fərqlənir. Kolun (balta), dəhrə formalı alətlər uc qaşovları, bıçaqlar yeni formadadır. Ceyrançöldə yeni aşel mədəniyyəti özünü göstərir.

Müstye dövrü abidələrindən Qədirdərə, Köçəsgər, Daşsalahlı tipik müstye tərkibli tipologiyaya malik abidələrdir. Bu yaşayış yerlərinin əsas alətləri itiuclu, qaşov, buruncuqlu-gözlü xarakterdədir. Yataq yeri isə yuxarı paleolitin orta mərhələsinə uyğun gəlir. Əgər son paleolitin ilk rüşeymlərini Tağlarda görürüksə, birinci pilləsi Zarda, son mərhələsi Damcılıda nəzərə çarpır.

 

M.Mənsurov

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

Ə.Dadaşzadə

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun doktorantı

 

M.Mursaquliyev

Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 15.