Konqreslər Bürosu bu il ilk təlimini keçirib
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu 2016-cı ildə də öz tərəfdaşları üçün təlimlər təşkil etməkdə davam edir.
Əsas məqsədi Azərbaycanda beynəlxalq tədbirlərin təşkilinə çalışmaq və ölkəmizi işgüzar görüşlər məkanı kimi tanıtmaq olan qurum bu il üçün nəzərdə tutulan ilk təlimini fevralın 9-da “JW Marriott Absheron Baku” mehmanxanasında təşkil edib.
Büronun icraçı direktoru Florian Sengstschmidin başçılığı ilə keçirilən təlimdə qurumun üzvü olan mehmanxana və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin 30-dan artıq nümayəndəsi iştirak edib.
“Müvəffəqiyyətli biznes
təklifinin hazırlanması” mövzulu
təlimdə biznes təkliflərin əhəmiyyəti,
təkliflərin planlaşdırılması müzakirə olunub. Təlim zamanı
iştirakçılarla birgə interaktiv
ünsiyyət qurulub, uğurlu
biznes təklifləri hazırlanmasında
yaxşı təcrübələr nəzərdən keçirilib.
Mədəniyyət.- 2016.- 12
fevral.- S. 9.