“Azərbaycanı
kəşf et...”
Layihə çərçivəsində bölgələrdə ekskursiyalar təşkil olunur
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir” layihəsi çərçivəsində Qazax və Ağstafa rayonlarının şagird və tələbələri arasında təlim keçirib.
Birliyin mətbuat katibi Günay Bağırlı bildirib ki, təlim iştirakçıları Azərbaycanın tarixi abidələri, onların yaranma tarixi haqqında ətraflı məlumatlar əldə ediblər. Təlimlərdə iştirakçıların tarixi abidələrimiz haqqında bilgilərini yoxlamaq məqsədilə sorğu da təşkil olunub.
Layihədə iştirak edən orta və ali təhsil müəssisələrinə, mədəniyyət mərkəzlərinə tarixi abidələr haqqında məlumatlar və şəkillər dərc olunmuş buklet və təqvimlər paylanılıb.
Layihə çərçivəsində Qazaxda tarixi abidələrə
ekskursiya da təşkil
olunub. Növbəti təlim Quba rayonunda keçiriləcək.
Mədəniyyət.- 2016.- 12
fevral.- S. 9.