Şərur
teatrında “Ac həriflər”
Rza Təhmasib adına Şərur Xalq Teatrında görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” birpərdəli vodevili əsasında hazırlanan tamaşa teatrsevərlərə təqdim edilib. Tamaşanın quruluşçu rejissoru, musiqi və səhnə tərtibatçısı Nəsimi Məmmədzadədir.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova və Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov kollektivi təbrik edərək aktyorlara yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki,
teatr 1938-ci ildə dram
dərnəyi kimi fəaliyyətə
başlayıb, 1981-ci ildə xalq
teatrı statusu alıb. Kollektiv
hazırladığı səhnə əsərləri ilə
tamaşaçıların rəğbətini qazanıb.
2008-ci ildə Bakı şəhərində keçirilən
xalq teatrlarının respublika
müsabiqəsində “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ilə II yerə layiq görülüb.
Mədəniyyət.- 2016.- 12
fevral.- S. 6.