Mədəniyyət
və turizm naziri diplomatlarla görüşüb
Azərbaycanda Fransa filmləri
festivalının keçirilməsi
təklif edilib
Fevralın 9-da mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Fransanın Azərbaycandakı
səfiri xanım Aureliya Buşez ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət
və turizm sahələrində mövcud
əlaqələrin daha
da inkişaf etdirilməsi barədə
fikir mübadiləsi aparılıb.
Səfir Azərbaycanda çalışmaqdan
məmnunluğunu ifadə
edərək bildirib ki, ölkəmizin tarixi, mədəniyyəti,
incəsənəti, təbiəti
onda çox yüksək təəssüratlar
yaradıb.
Söhbət zamanı mədəniyyət
və turizm sahələri üzrə
bir sıra layihələr haqqında
fikir mübadiləsi aparılıb, musiqi, incəsənət, muzey, mətbəx, arxeologiya və s. sahələrdə
əməkdaşlıq imkanları
müzakirə edilib.
Səfir Azərbaycanda Fransa kinosu festivalının keçirilməsini təklif
edib və bu çərçivədə
şəhər və
regionlarda filmlərin nümayişi, ustad dərslərinin keçirilməsinin
əhəmiyyətindən bəhs edib.
Nazir Əbülfəs Qarayev bu ilin 25-27 aprel
tarixlərində Bakı
şəhərində keçiriləcək
Birləşmiş Millətlər
Təşkilatı Sivilizasiyalar
Alyansının 7-ci Qlobal
Forumu haqqında səfirə məlumat verib və Forumun
ölkələrarası
əməkdaşlığa əlavə töhfə verəcəyini deyib.
BMT nümayəndəsi ilə
turizm sahəsində əməkdaşlıq müzakirə
olunub
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev həmin gün BMT-nin İnkişaf Proqramının
(UNDP) ölkəmizdə rezident
səlahiyyətlərini icra
edən Ercan Murat ilə də görüşüb.
Nazir təşkilatla
əməkdaşlıqdan məmnunluğunu
ifadə edərək
bildirib ki, bu vaxta qədər
həyata keçirilən
layihələr uğur
qazanıb və mədəniyyət və
turizm sahələrində
əhəmiyyətli rola
malik olub.
Görüşdə turizmin təbliği, turizm təhsili üzrə təcrübə
mübadiləsinin aparılması,
dünya təcrübəsinin
ölkəmizdə tətbiqi
kimi məsələlər
müzakirələr edilib
və bu sahədə layihələrin
həyata keçirilməsi
ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir diplomata
25-27 apreldə Bakıda
keçiriləcək Birləşmiş
Millətlər Təşkilatı
Sivilizasiyalar Alyansının
7-ci Qlobal Forumu və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm
ili” elan olunması haqqında məlumat verib.
Mədəniyyət.- 2016.- 12 fevral.- S. 5.