Amerikada Xocalı
soyqırımını tanıyan ştatların sayı 18-ə
çatıb
ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets bəyannamə imzalayaraq, 26 fevral tarixini “Xocalını anma günü” elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir. Bu bəyannamə Nebraska ştatında Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş ilk sənəddir.
Sənəddə 24 il əvvəl - 1992-ci il fevralın 26-da Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. “Human Rights Watch” təşkilatının bu soyqırımını regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanır və qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Bəyannamə, eyni zamanda, Nebraska
ştatının dövlət katibi Con Qeyl tərəfindən
də imzalanıb. Beləliklə, ABŞ-da
Xocalı qətliamını tanıyan və pisləyən
ştatların sayı 18-ə çatıb.
Mədəniyyət.- 2016.- 12 fevral.- S. 3.