Tanınmış yazıçı, ədəbiyyatşünas Gülrux Əlibəyli vəfat edib

 

Filologiya elmləri doktoru, professor, tanınmış yazıçı, publisist Gülrux Əlibəyli fevralın 15-də dünyasını dəyişib.

Gülrux Əlibəyli 1928-ci ildə Bakıda anadan olub. Leninqrad Universitetini Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. Moskvada dissertasiya müdafiə etdikdən sonra Bakıya qayıdaraq Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda işləyib. 1964-1965-ci illərdə respublika mədəniyyət nazirinin müavini olub. 1971-ci ildən 1984-cü ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, daha sonra isə fəlsəfə kafedrasının professoru olub.

Ədəbiyyat nəzəriyyəsi, eləcə kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində yüzlərlə məqalənin, 20-dək kitabın müəllifidir.Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, “Dəyişən dünyam”, “Danışmaq kimi yazmaq, yazmaq kimi danışmaq”, “Rəqs ölüm”, “Mənəvi çırpıntılar yanğısı ilə s. kitabları oxucuların sənət adamlarının böyük marağına səbəb olub. O, bütün mənalı ömrünü ədəbiyyata, incəsənət tarixinə həsr edərək mükəmməl ədəbi-tənqidi irs yaradıb.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 13.