“Multikulturalizm
Azərbaycan xalqının həyat tərzidir”
Fevralın 11-də Mingəçevir Şəhər Tarix Muzeyində “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Sahib Əliyev, Mingəçevirdəki Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev, Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları iştirak edib.
Muzeyin direktoru
Nofər Məmmədəliyev məruzə ilə
çıxış edərək əsrlərdir ölkəmizdə
mövcud olan multikultural dəyərlərdən
danışıb. II Dünya müharibəsindən
sonra Mingəçevirdə saxlanılan alman əsirlərinə göstərilən tolerant münasibətdən bəhs edən video-slayd nümayiş etdirilib.
Mədəniyyət.- 2016.- 17
fevral.- S. 11.