Azərbaycanda “Amerika günləri” keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyində ABŞ səfiri ilə görüş
Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev Amerika
Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri
Robert Sekuta ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət
və turizm sahələri üzrə əməkdaşlığın
mövcud vəziyyəti və gələcək
perspektivləri müzakirə edilib.
Azərbaycanın hər iki sahədə əməkdaşlığın inkişafında maraqlı olduğu diqqətə çatdırılıb, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. R.Sekuta Azərbaycanda “Amerika günləri”nin keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən səfirliyə dəstək göstəriləcəyinə ümidini ifadə edib.
Nazir Əbülfəs Qarayev 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə səfirə məlumat verib və tədbirə ABŞ rəsmilərinin dəvət olunduğunu, bu ölkənin Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirib.
Söhbət zamanı muzey, mədəni irs və kitabxana sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlər səsləndirilib.
Turizm sahəsində əməkdaşlığın vacibliyini qeyd edən nazir Ümumdünya Turizm Təşkilatı tərəfindən
“Münaqişə zonalarının turizm
məkanı kimi və turizmin
qanunsuz məqsədlər üçün
istifadəsinin qarşısının alınması” adlı
qətnamə qəbul edildikdən sonra
Ermənistanın beynəlxalq sərgilərdəki
turizm stendlərində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı təbliğat
aparmasının qarşısının
alındığını diqqətə
çatdırıb. Əbülfəs Qarayev
ümidvar olduğunu bildirib ki, beynəlxalq hüquqa zidd olan belə cəhdlərin
qarşısının alınmasında ABŞ tərəfindən
də müvafiq köməklik göstəriləcək.
Mədəniyyət.- 2016.- 17
fevral.- S. 7.