“Xəzərdə eşqin səsi”

 

Fevralın 12-də Mədəniyyət və Turizm Nazirliyi və Bakıdakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Nizami Kino Mərkəzində “Xəzərdə eşqin səsi” adlı şeir gecəsi keçirilib. Söz” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin deputatları, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, mədəniyyət, ədəbiyyat xadimləri və elm adamları iştirak ediblər. Layihənin rəhbəri Nigar Həsənzadədir.

Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim İldırım şeir gecəsinin iştirakçılarını salamlayıb və onlara öz minnətdarlığını bildirib. Gecədə Azərbaycan və türk şeirinin görkəmli nümayəndələrinin əsərləri peşəkar qiraətçilər tərəfindən səsləndirilib. “Savalanmusiqi qrupunun ifası tədbirə əlavə rəng qatıb. Musiqişeirin vəhdətində qurulmuş kompozisiya böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Söz” layihəsinin əsas məqsədi Azərbaycan yazıçı və şairlərinin tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması və yeni istedadlı yazarların aşkar edilərək, təbliğ olunmasıdır.

 

Rəsul

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 6.