Turizm Menecment Universitetinin 10 illik yubileyi qeyd olundu

 

 Ötən 10 ildə gələcək üçün davamlı inkişaf proqramı olan tədris sistemi yaradılıb

 

Fevralın 12-də Azərbaycan Turizm Menecment Universitetinin (ATMU) 10 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev, turizm ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Əvvəlcə qonaqlar universitetin fəaliyyətini əks etdirən kitab fotolardan ibarət sərgi ilə tanış oldular.

 

Yubiley mərasimində çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov təhsil ocağının yaranması ötən dövr ərzində görülən işlər barədə məruzə ilə çıxış etdi. Bildirildi ki, 10 il zaman baxımından çox böyük bir dövr olmasa da, bu müddətdə ali təhsil ocağı böyük nailiyyətlər qazanıb. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli fərmanı ilə təsdiq edilmiş tədbirlər planına əsasən, Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli qərarı ilə Azərbaycan Turizm İnstitutunun əsası qoyulub. Dövlət başçısının 2014-cü il 22 dekabr tarixli sərəncamı ilə institutun bazasında ali təhsilin bütün pillələrində turizm menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm Menecment Universiteti yaradılıb.

Hazırda təhsil ocağında 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavr pilləsində 1747 nəfər, magistraturada 107 nəfər, doktoranturada 61 ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə məktəbində 12 ixtisas üzrə 440 nəfər tələbə təhsil alır. Ümumilikdə ATMU ailəsində turizm sahəsi üçün müxtəlif təhsil səviyyələri üzrə 2355 gənc mütəxəssis hazırlanmaqdadır. Bu günədək universitetdən 1366 məzun olub. Onlardan 124 nəfəri ölkənin təhsil tarixində ilk dəfə olaraq ATMU ilə yanaşı, Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin diplomunu alıb. Məzunların əksəriyyəti ölkənin nüfuzlu turizm müəssisələrində, həmçinin dünyanın müxtəlif ölkələrində çalışır, Azərbaycanı uğurla təmsil edirlər.

Universitetin beynəlxalq əlaqələrinə toxunan rektor bildirdi ki, ötən müddətdə 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilatla əlaqələr qurulub, təhsilin menecment istiqamətinin gücləndirilməsi ilə bağlı işlər sürətləndirilib.

Cəfər Cəfərov çıxışının sonunda ATMU-nun kollektivi adından göstərilən diqqət qayğıya görə ölkə rəhbərliyinə Mədəniyyət Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Göstərilən etimadı doğrultmaq, qarşıya qoyulmuş öhdəlikləri layiqincə yerinə yetirmək üçün bundan sonra da səylə çalışacaqlarını diqqətə çatdırdı.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev ATMU-nun qazandığı uğurlardan danışaraq kollektivi təbrik etdi. 10 ildə təhsil müəssisəsinin keçdiyi yola nəzər salan nazir böyük əhəmiyyət kəsb edən gələcək üçün davamlı inkişaf proqramı olan bünövrəli bir tədris sisteminin yaradıldığını bildirdi: “Universitet fəaliyyəti dövründə əhəmiyyətli beynəlxalq layihələrə imza atmışdır. Bu təhsil ocağı Azərbaycanın mənzərəsini beynəlxalq aləmə nümayiş etdirmək üçün vacib təsisatlardan biridir. Heç təsadüfi deyil ki, universitet tələbələrə iki dövlətin təhsil sənədini verir. Bu, turizm sahəsi ilə bərabər Azərbaycan gəncliyinin ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etməsi üçün zəmindir. Dünyanın müxtəlif yerlərində çalışan, təcrübə qazanan gənclər həm bizim təcrübəmizi onlarla bölüşürlər. Biz dünyanın müxtəlif şəhərlərində öz tələbələrimizlə rastlaşanda böyük qürur hissi yaşayırıq. Təhsil ocağı gənclərimizin dünya təcrübəsinə yiyələnmələrinə imkan yaradır”.

Nazir qeyd etdi ki, ATMU-nun nəzdində peşə məktəbinin fəaliyyət göstərməsi təkcə yüksəkixtisaslı kadrların deyil, turizm sənayesinin bütün sahələrini əhatə edən kadrların yetişdirilməsinə şərait yaradır. Buna görə hər bir gənc özü üçün müəyyən bir mövqe qazana, seçim edə bilir. Çünki burada muzey işi, regionşünaslıq digər sahələri əhatə edən tədris sistemi var.

Əbülfəs Qarayev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi mövzusuna toxundu. Bildirdi ki, universitetin tələbələri “Eurovision 2012” mahnı yarışması, “Bakı 2015” Avropa Oyunları digər beynəlxalq əhəmiyyətli tədbirlərdə könüllü olaraq fəal iştirak ediblər.

Turizm sahəsində baş verən yeniliklərin daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayan nazir bildirdi ki, bütün yeniliklərə uyğunlaşmaq, elektron xidmətlər, elektron turizm marketinqi xidmətlərindən istifadə etmək günün tələbidir: “Biz bu sahədə peşəkarlar hazırlamalıyıq. Artıq dünyada turizmdə təşkilatçılıq sistemi dəyişib bu gün turistlər turizm şirkətlərinin xətti ilə yanaşı, tamamilə yeni bir müstəvidə - virtual məkanda müstəqil olaraq qruplar təşkil edərək səfərlərə gedirlər. Demək buna uyğunlaşmaq, elektron sistem formalaşdırmaq lazımdır. Bunun üçün ciddi şəkildə elektron xidmətlərin elektron turizm marketinqinin qurulması istiqamətində işlər aparılmalıdır. Marketinq, menecment sahəsində kadrların yetişdirilməsinə önəm verilməlidir”.

Diqqətə çatdırıldı ki, 2016-cı ilin ölkə başçısı tərəfindənMultikulturalizm ilielan edilməsi Azərbaycan üçün önəmli bir hadisədir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun aprel ayında Bakıda keçirilməsi beynəlxalq mübadilə sahəsində öz bəhrəsini verəcək.

 

 

 

 

Nazir uşaq gənclərin asudə vaxtının səmərəli təşkili məsələsinə toxundu. Bildirdi ki, turizm müəssisələri bu məsələyə diqqət yetirməlidir: “Sovet dövründə uşaqların yeniyetmələrin asudə vaxtının təşkili üçün müxtəlif düşərgələr təşkil olunurdu. Məktəb şagirdləri başqa ölkələrə səyahətlərə gedirdilər. Prezident İlham Əliyevin təşəbbüsü ilə "Ölkəmizi tanıyaq" layihəsi həyata keçirilməyə başlanıldı bunun sayəsində uşaqlar Azərbaycanın bölgələrini yaxından tanımaq imkanı əldə etdilər. Bu layihəni daha da genişləndirmək bütün imkanlardan istifadə etmək lazımdır. Eyni zamanda Azərbaycan turizminin təbliği məqsədilə dünya kinostudiyalarını ölkəmizdə çəkiliş aparmağa cəlb etmək lazımdır”.

Əbülfəs Qarayev çıxışının sonunda təhsil ocağının kollektivinə bir daha təbriklərini çatdırdı, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Sonra universitetin 10 illik fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş olundu. Nümunəvi fəaliyyətlərinə görə universitetin bir qrup əməkdaşına Mədəniyyət Turizm Nazirliyinin ATMU-nun fəxri fərmanları təqdim edildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 5.