Gənc istedad beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalova Belçikada keçirilən “Gənc pianoçuların 13-cü beynəlxalq müsabiqəsi”ndə (“13th rencontres Internationales des Jeunes Pianistes”) birinci yerə layiq görülüb.
Müsabiqə EPTA - Avropa Fortepiano Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilib. EPTA 1978-ci ildə Londonda yaradılıb və hazırda Avropanın 42 ölkəsi bu qurumun üzvüdür.
Müsabiqədə 21 ölkədən 54 gənc pianoçu öz istedadını nümayiş etdirib. Leyla Zeynalova II yaş qrupunda İ.S.Bax, V.A.Motsart, F.Şopen, S.Prokofyev və Slonimskinin əsərlərini peşəkarlıqla ifa edərək uğur qazanıb.
Xatırladaq ki, 2014-cü ilin oktyabrında ölkə Prezidentinin
müvafiq sərəncamına əsasən,
L.Zeynalovanın adı gənc istedadların “Qızıl
kitabı”na yazılıb və o, xüsusi təqaüdə layiq
görülüb. Gənc pianoçumuz
2015-ci ildə “Young musician
- Tallinn 2015” adlı beynəlxalq
müsabiqədə iştirak edərək
“Qran-pri” mükafatını qazanıb.
Mədəniyyət.- 2016.- 17
fevral.- S. 3.