Şamaxı
İncəsənət Təhsili Mərkəzində ustad dərsi
Fevralın 16-da paytaxtın Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru Məhin Orucova Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində xor fənni üzrə ustad dərsi keçib. Sonra məktəbin “Renessans” xorunun konsert proqramı təqdim edilib.
Dərsdə xor sənəti, Azərbaycanda bu musiqi sənətinin inkişafı barədə məlumat verilib, müxtəlif xarakterli 4 əsər nümunəsində uşaq xoru ilə iş üsullarından bəhs edilib.
Dərsin sonunda
Şamaxı İncəsənət Təhsili Mərkəzinin
direktoru Namiq Rzazadə
Məhin Orucovaya təşəkkürünü
bildirib. M.Orucova məktəbin
xor kollektivinin ifa etdiyi əsərlərdən
ibarət diski mərkəzə hədiyyə
edib.
Mədəniyyət.- 2016.- 19 fevral.- S. 12.