“Ağ
ölüm”ün qara fəsadları
Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasında narkomaniyaya qarşı mübarizə ilə əlaqədar “Ağ ölüm”ün qara fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə məktəblilər, müəllimlər, mədəniyyət işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qaçqın və məcburi köçkün ailələri iştirak ediblər.
MKS-nin direktoru
U.Qurbanova, metodika və
biblioqrafiya şöbəsinin müdiri Ə.Süleymanova,
oxu zalının müdiri
S.İsgəndərova insanların təhlükə mənbəyinə
çevrilən narkomaniyanın acı nəticələrindən
danışıblar. Sonda mövzu
ilə bağlı sərgiyə baxış keçirilib.
Mədəniyyət.- 2016.- 19
fevral.- S. 12.