“Sənət sevgisi mənimlə birgə doğulub...”

 

Əlimə qələm alıb onun haqqında yazmaq istəyirəm. Amma nədən başlayacağımı düşünərkən fikrimdən bu misralar keçir.

 

Qarabağda izim var,

Deməyə çox sözüm var.

Torpaq yağı əlində,

O yerlərdə gözüm var.

 

Ata, baba ocağım,

İsti ana qucağım.

Yalnız bircə arzum var,

Azad olsun torpağım.

 

Əbəs yerə bu düşüncələrə dalmadım. Bu misralarda haqqında söhbət açacağımız ustad sənətkarın kədəri, nisgili arzusu ifadə olunub. Bəli, Qarabağ həsrətilə yaşayan, öz nisgilini yalnız məlahətli səsinin şövqü ilə əridən, amma, bir anda olsa bu dərdi unutmayan xanəndə Arif Babayevin sənət ünvanına üz tutmuşuq. Belə bilirəm ki, sənətkarın adı çəkilən kimi sənətsevərlərin qulağında dərhal onun məlahətli səsi pərvaz edir. GahSegahüstə oxuduğu

 

Sənsiz ey şux, mənim xoş güzəranım yoxdur,

Sən ki, yoxsan, elə bil cismidə canım yoxdur;

 

gahŞur”, “Bayatı-Şiraz”, “Şüştər digər muğamlar üstə oxuduğu mahnı qəzəllər, eləcə möhtəşəm, məğrurQarabağ şikəstəsidüşür yadımıza:

 

Əzizinəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

 

1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində İmran kişinin ailəsində bir körpə doğuldu. O, Qarabağın səsini dünya səhnələrində əzəmətlə ucaldacaq Arif Babayev idi. Uşaqlığından ustadlardan eşitdiyi xalq mahnılarını, muğam avazlarını öz-özünə zümzümə edərdi. Onun məlahətli səsi əvvəlcə doğmalarının, sonra el-obasının nəhayət, bütöv Azərbaycanın sevimlisinə çevrildi. Bu səsi eşidən hər kəs sanki onu ürəyinin səsi, hisslərinin, düşüncələrinin ifadəçisi kimi qəbul etdi. Peşəkarlar isə bu səsin dünyaya ün salacağına əminliklə onu professional səhnəyə dəvət etdilər.

Beləliklə, 1960-cı ildən Arif Babayevin həyatında mühüm bir mərhələ başladı. Bu onu sənətin zirvəsinə aparan yolun başlanğıcı idi. O illəri ustad sənətkar bu gün belə xatırlayır:

Musiqini vaxtdan sevdiyimi bəlkə xatırlamıram. Elə bilirəm ki, bu sənət sevgisi mənimlə birgə doğulub ya mən elə bu sənət üçün doğulmuşam. Odur ki, qədər çətin olsa da bu sənətin bütün əzab-əziyyətlərinə sinə gərərək onun yolunda hər cəfaya dözmüşəm. Gecə-gündüz öz üzərimdə işləyərək xanəndəliyin sirlərini öyrənməyə çalışmışam. Mənim sənətə gəlişimin bu yoldakı fəaliyyətimin əvvəli belə başlayıb. Sonrakı illər isə demək olar ki, xalqın gözü qarşısında keçib”.

Beləcə, sənətdə püxtələşən Arif Babayev respublikamızın mədəni həyatında fəal iştirak edərək milli professional musiqimizin inkişafına öz töhfələrini verir. Onun Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi konsert proqramlarında çıxışları rəğbətlə qarşılanaraq getdikcə daha geniş tamaşaçı auditoriyası qazanırdı. Arif Babayev Azərbaycan Dövlət Opera Balet Teatrının səhnəsində böyük uğurlar qazandı. Milli operalarımızda yaratdığı baş qəhrəmanlar - Kərəm (“Əsli Kərəm”), Aşıq Qərib (“Aşıq Qərib”), Şah İsmayıl (“Şah İsmayıl”), Camal ("Gəlin qayası") - öz real səhnə təcəssümü ilə tamaşaçıları heyran edir, həmin əsərlərin sevilməsinə daha da uzunömürlü olmasına təkan verirdi. Bu obrazlar indiki nəsil üçün əsl örnəkdir. Yəqin ki, oxucularımız bir obrazın adını niyə çəkmədiyimi düşünəcəklər ki, bu da Üzeyir HacıbəylininLeyli Məcnunoperasından Məcnun obrazıdır. Bəli, bu obrazı xüsusi qeyd etdiyimiz təsadüfi deyil. Çünki Arif müəllimin opera səhnəsindəki ən böyük uğuru məhz Məcnun obrazı ilə bağlıdır. Sənətkar təxminən neçə dəfə Məcnun rolunda çıxış etmisiniz sualını belə cavablandırır:

Məcnun mənim üçün oynadığım bütün obrazların zirvəsində durur. Əslində bu obraz ölməz Füzulinin dahi Üzeyir bəyin sənət yanğısından, sənət Məcnunluğundan irəli gəlir. Təbii ki, belə bir obrazı yaratmaq həm çətin, həm şərəflidir. Açığını deyim ki, neçə dəfə Məcnun oynadığımın dəqiq sayını bilmirəm, amma, onu bilirəm ki, yaradıcılığımın yarısını Məcnun kimi yaşamışam. Hiss etmişəm ki, tamaşaçılar da mənim Məcnunumdan razı qalıblar”.

Arif müəllimin Məcnun obrazına vurğunluğu onun sənətə vurğunluğunu da özündə ifadə edir. Ustadın Məcnun eşqi ilə sənət eşqi sanki bir-birini tamamlayır. İndi qulağımda Arif müəllimin Məcnun yanğısını aləmə bəyan edən məlahətli səsi eşidilir.

 

Yarəb, bəlayi-eşq ilə qıl aşina məni,

Bir dəm bəlayi-eşqidən etmə cüda məni.

 

Əgər ölməz Füzuli daim Tanrıdan onu çarəsiz bir eşqə mübtəla etməsini bir an bu bəladan ayırmamasını arzulayırsa, təbii ki, bu qəzəli ifa edən xanəndə Allahdan onu daim sənət eşqinə mübtəla etməsini istəyir. Arif Babayev istəyinə nail olaraq istedadı zəhməti ilə enişli-yoxuşlu sənət yolunun geniş dar cığırlarında eyni məhəbbətlə məğrurcasına addımlayaraq, bu yolun zirvəsinə yüksəldi. Bu gün sənət zirvəsində qərar tutan Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrətİstiqlalordenli Arif Babayevin sənət yolu əsl örnəkdir. Ustad xanəndə, gözəl müəllim, səmimi insan olan Arif Babayev bu keyfiyyətləri ilə yüksək vətəndaşlıq nümunəsi, xalqın dövlətin hörmətli simasıdır.

Qarabağsız heç vaxt özümə ad günü keçirməyəcəyəm” - deyən Ustada biz öz hörmət ehtiramımızı bu yazı vasitəsilə bildirir deyirik: “Hörmətli Arif müəllim, səsiniz Azərbaycan ifaçılıq sənətinin səmasından əskik olmasın, bu məlahətli səs tezliklə doğma Qarabağımızdan ucalsın...”.

 

Səadət Təhmirazqızı

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 10.