Virtual kitabxana sistemi ilə bağlı yeniliklər müzakirə edilib
Fevralın 17-də “Innovative Interfaces Global LTD” şirkətinin
biznesin təşkili üzrə müdiri Nabil Saadallah M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasında olub.
Kitabxanadan bildirilib ki, səfərin məqsədi
Milli Kitabxanada istifadə olunan VTLS-Virtual
kitabxana sisteminin perspektivləri ilə tanış olmaq, həmçinin innovativ yeniliklər və gələcəkdə
həyata keçiriləcək
layihələr barəsində
fikir mübadiləsi aparmaqdan ibarətdir.
Qonaq kitabxanadakı
mövcud sistemlə bağlı işçi heyətin üzləşdiyi
hər hansı problemlərin olub-olmadığı
ilə maraqlanıb, yeni sistem olan
“Sierra” və “Vital” proqramlarına
keçid barədə
ətraflı məlumat
verib. Hər iki proqramın
dünyanın 1000-dən artıq
kitabxanasında (ABŞ, Kanada,
İsveçrə, Türkiyə,
Polşa, Çin, Rusiya, Malayziya və digər Şərqi Afika ölkələri) müvəffəqiyyətlə
tətbiq olunduğu diqqətə çatdırılıb.
Kitabxananın direktoru Kərim Tahirov yeni sistem
olan “Sierra” və
“Vital” proqramlarına keçid
barədə ətraflı
düşünüb daha
sonra qərar veriləcəyini qonağın
nəzərinə çatdırıb. Qonağa
müxtəlif kitablar hədiyyə edilib.
Mədəniyyət.- 2016.- 19
fevral.- S. 4.