Nizami Kino Mərkəzində yapon filmləri həftəsi
Fevralın 19-dan 23-dək
Nizami Kino Mərkəzində
Yaponiyanın ölkəmizdəki
səfirliyinin dəstəyi
ilə yapon filmləri həftəsi keçiriləcək. Layihə
çərçivəsində yapon kinematoqrafçılarının
beş ekran
əsəri tamaşaçılara
təqdim ediləcək.
Bu sıraya "Söz bağçası", "Kikinin
çatdırma xidməti",
"Nabinin sevgisi",
"Yay gecəsində
yuxu" və "Xoşbəxtlik çörəyi"
daxildir. Filmlərin nümayişi saat
19.00-da başlanacaq. Giriş sərbəstdir.
Filmlər yapon dilində
Azərbaycan dilində
subtitrlərlə nümayiş
etdiriləcək.
Lalə
Mədəniyyət.- 2016.- 19
fevral.- S. 3.