Füzuli Dram Teatrı hərbi
hissənin qonağı
olub
Füzuli Dövlət Dram Teatrının
truppası N saylı hərbi hissədə əsgərlərlə görüşüb. Teatr repertuarında olan N.Vəzirovun "Hacı Qəmbər”, A.Səfərlinin
"Fantan ərə gedir”, M.Əlizadənin
"Toy kimindir?”, A.Məmmədovun "Kişilər”
əsərindən parçalar
oynanılıb. Rollarda
Əli Hüseynov, Sevinc Məmmədova, İntizar Quliyeva, Qaçaq Qarayev, Asif Şirinov, Məryəm Məmmədova
və başqaları
çıxış edib.
Teatrın aktrisası İntizar
Quliyeva və Elçin Əhmədovun ifasında mahnılar səslənib. Sonda
xatirə şəkli çəkdirilib.
Mədəniyyət.- 2016.- 19
fevral.- S. 2.