Azərbaycan kinosu haqqında monoqrafiya

 

Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor, Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq kafedrasının müdiri Aydın Dadaşovun “Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr” monoqrafiyası çap olunub.

Alim kino sənətinin yaranmainkişaf prosesinin mövcud nəzəri əsaslarla, müqayisəli təhlil metodu ilə izləməklə, təhlilə cəlb olunan filmləri mövzu, struktur, üslubjanr problemləri istiqamətində araşdırıb.

Kitabın rəyçiləri, professorlar Aqşin Babayev, Niyazi Mehdi və Əməkdar incəsənət xadimi Ayaz Salayev, elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, redaktoru pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Həsənovadır. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının qərarı ilə çap olunan kitab Azərbaycan kinosunun parlaq siması Əlisəttar Atakişiyevin xatirəsinə ithaf edilib.

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 12.