“Mən həmişə öz Leylimi çəkirəm”

 

Əliyar Əlimirzəyev: “Rəssamlıq daha çox hissiyyatdan asılıdır”

 

Bu dəfə tanınmış fırça ustası, Əməkdar rəssam Əliyar Əlimirzəyevin emalatxanasında qonaq oldum. İllərdir sərgi salonlarında əsərlərini izlədiyim rəssamın yaradıcılığını başqalarından fərqləndirən çox şeylər var. Onlardan biri rəssamın tapdığı qeyri-adi formalardır. Başqa bir özəllik isə xüsusi olaraq seçdiyi rəngləridir.

 

Söhbətimizə sənətin dərin məsələlərindən başlayırıq. Mən deyirəm ki, istənilən rəssamın ən uğursuz əsərində belə onun nəsə demək istəyi, çabası var. O isə rəssamlığın daha çox hissiyyatdan asılı olduğunu söyləyir: “Rəssam bilir ki, burada , orada isə qırmızı rəng olmalıdır. Ancaq niyə olmalıdır, onu deyə, izah edə bilmir. Ona görə ki, sənəti izah etmək olmur, daha doğrusu, çətindir”.

Düzdür, sənət sona kimi izah oluna bilmir. Hər halda tamaşaçı istər filmə baxsın, istər rəsm əsərinə - gördüyünü, duyduğunu özünə izah etməyə gərək duyur. Sənətin izah olunan hissəsi onun dərk edilən, anlaşılan hissəsidir. İzah edilməyəni isə dərk olunmayan, yəni duyğuların öhdəsinə buraxılanıdır. Müsahibimdən bu barədə qənaətimi soruşuram.

Əliyar Əlimirzəyev: “Salvador Dali bütün əsərlərində danışır. Onun çəkdikləri daha çox ədəbiyyata oxşayır. Rəssam hər əsərində nəyisə izah etməyə, anlatmağa çalışır. Bununla belə, yenə sirli qalır”.

Bu sözlərdən sonra o, molbertin üzərindəki bitirdiyi son əsərini göstərib deyir: “Məsələn, burada qadın çəkmişəm, ancaq qadın mənim üçün bir bəhanədir. Əsas olan orada rənglərlə verməyə çalışdığım hissiyyatdır. Qadın fiquruna qədər bu kətanda 6 dəfə nələrsə çəkmişəm, alınmayıb, pozmuşam. Sonda bu qadın rəsmi ortaya çıxıb. Mən eləməmişəm, özü çıxıb. Haradan çıxdığını da bilmirəm”.

Sualım yaranır: “Məgər siz çəkəcəyiniz əsəri öncədən təsəvvürünüzdə, düşüncələrinizdə görmürsünüz?”

Çəkəcəyim əsərdən yalnız 10 faiz nəsə görürəm, qalan 90 faiz yaradıcılıq prosesində ortaya çıxır. O da necə çıxır, niyə çıxır - bilmirəm. Bir onu deyə bilərəm ki, bu, belə olmalıdır. Bu gün belə düşünürəm, belə çəkirəm. Sabah bu fikrimin üstündə dayanacağam, ya yox, bilmirəm. Ona görə ki, sabah əsərlə bağlı başqa ideyalar ortaya çıxacaq. Çəkdiyim əsərlə kimsəyə nəsə demək istəmirəm. Mənim üçün maraqlı olan yalnız özümü ifadə etməkdir. Çəkdiklərim tamaşaçıların zövqünü oxşayırsa, buna sevinirəm”.

RəssamKimsəyə nəsə demək istəmirsinizsə, demək, tamaşaçını nəzərə almırsınız?” sualıma belə cavab verir: “Əslində mən iki nəfərəm: müəllif tamaşaçı. Bu baxımdan əsərin ilk tamaşaçısı da özüməm. Başlıca məqsədim odur ki, elə əsər yaradım ki, həmin əsəri məndən öncə kimsə yaratmamış olsun, başqalarını valeh etsin”.

Axır ki, söhbətin gedişində müsahibimin yaradıcılığında incə məqamı tuta bilirəm. O, özünü başqalarından fərqləndirən bir özəlliyini dilə gətirir: “Mənimki forma axtarışıdır. Forma başlıcadır, onu sonra məzmun rənglə hissiyyata tabe edirəm. Ancaq duyğusallıq formadan öndə olmalıdır. Forma məndə həm başlıcadır, həm yox. Yeni forma rəssam üçün tapıntıdır. Əsas istəyim özümü, varlığımı, bütün hissiyyatımı həmin formaya verə, orada göstərə bilməkdir”.

Bu düşüncələrini təsdiq etmək üçün Əliyar bəy bir xatirəsini danışır: “Münxendə Van QoqunGünəbaxanlarəsərlərindən birinə baxırdım. Əsəri uzun müddət seyr etdim ondakı gözəlliyə vuruldum. Sonra bunun səbəbini özümdən soruşdum. Dedim ki, bu əsər V.Qoqun olmasaydı, belə sevərdimmi? Bəli, sevəcəkdim. Orada günəbaxanlar rəssam üçün bəhanədir. Başlıca olan V.Qoqun rəng hissiyyatıdır. Əsərdə rəssamın bütün ruhunu görə bildim”.

Ə.Əlimirzəyev uzun illərdir yaradıcılıqla məşğul olur. Görəsən, yaradıcılıq onun üçün nədir? Yaradıcılıq mənim üçün su içmək kimi bir tələbatdır. Necə susayanda su içirlər, mən yaratmaq məqamı gələndə rəsm çəkirəm. Su susuzluğun qarşısını aldığı kimi, yaradıcılıq da rəssamın dünyasını sakitləşdirir”.

Rəssamın əsərlərində rəmzləşdirmə şərtiliklər qabarıq gözə dəyir. Onda realizm var, ancaq ifadə forması daha çağdaşdır. Di gəl ki, əmin deyil ki, gələcəkdə insanlar onun yaradıcılığını, nəzərdə tutduqlarını olduğu kimi başa düşəcəklər. Amma bunun qayğısını çəkmir. O düşünür ki, yaratdıqlarının mənasını açmaq elə vacib deyil. Əsas odur ki, əsər kimisə duyğulandırsın: “Tutaq ki, muzeydə hansısa məşhur rəssamın çəkdiyi bir əsərə baxırıq. Bizi əsərdə kimin portretinin olduğu yox, rəssamın onu hansı ustalıqla çəkdiyi düşündürür. Tamaşaçını portreti çəkilmiş insanın şəxsiyyətindən daha çox, əsəri çəkənin sənətkarlığı cəlb edir. Ona görə mənim əsərlərimdə bütün formalar şərtidir, ikinci dərəcəlidir. Burada başlıca olan insanlara verə biləcəyim duyğusallıqdır”.

Musiqiçiəsərində rəssam daha çox deformasiya olunmuş gerçəkliyi təqdim edir təsvir etdiyi hadisənin ola biləcəyinə bizi inandırmaq istəyir. Burada ilk nəzərə çarpan isə cəsarətlə vurulmuş rənglərin insanda yaratdığı hissiyyatdır.

Bəs rəssam özünü hansı sənət cərəyanına aid edir? Bu haqdabilmirəmsözündən başqa heç demir. Əslində rəssamların çoxu belədir. Onlar üçün başlıca olan yaradıcılıqdan alınan mənəvi həzdir, çəkdiklərinin hansı cərəyana aidliyini müəyyənləşdirməyi isə sənətşünasların öhdəsinə buraxırlar.

Yaratdığını izah edə bilməmək bəlkə bütün sənətkarların ən zəif yeridir. Əliyar bəy çəkdiklərini izah etməkdə çətinlik çəkir. Məncə, sənətin sirri, bənzərsizliyi elə bundadır. O, öz durumunu belə anlatmağa çalışır: “Məcnundan soruşurlar ki, o qara, arıq Leylidə görmüsən? Deyir ki, ona mənim gözümlə baxmaq gərəkdir. Bu baxımdan əsərlərimin hər biri mənim üçün Leylidir. Onları duymaq istəyən mənim gözümlə baxmağı bacarmalıdır. Mən həmişə öz Leylimi çəkirəm”.

Əliyar bəy həm heykəltəraşdır, 15-ə yaxın maraqlı heykəli var. Baxmayaraq ki, o heç vaxt özünü heykəltəraş saymır. Deyir ki, rəsm çəkmək həvəsi olmayanda heykəlləri yaradıb. Heykəllərinin 5-i Müasir İncəsənət Muzeyində saxlanılır.

Onu bəxtli rəssamlardan saya bilərik. Ona görə ki, bu çağa kimi yaratdığı əsərlərin demək olar, hamısı satılıb. Emalatxanada 10-15 əsəri var. Uzun illər maddi çətinliyin içində olub, indi əsərlərinin satışından şikayəti yoxdur.

Rəssamın Serbiya Gürcüstanda sərgiləri keçirilib. Sonuncu ötən ilin noyabrında baş tutub. 2005-ci ildə isə 220 rəssamın iştirakı ilə Parisdə keçirilən beynəlxalq sərgidə birinci yer qazanıb. Sərgilərindən biri Şərqi Timorda (Cənub-Şərqi Asiyada ada-dövlət, 2002-ci ildə müstəqil olub - red.) təşkil olunub: “Bir dostum məni Şərqi Timora dəvət etmişdi, orada iki ay işlədim. O vaxt orada vətəndaş müharibəsi gedirdi. Ölkənin prezidenti sərginin açılışına gəlmişdi. Bu, sərgi ölkənin tarixində ilk sərgi idi”.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 11.