“Əsrlərin,
nəsillərin yadigarı
ana dilim!”
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kiçik
yaş qrupu üzrə xidmət şöbəsinin əməkdaşı
Almaz Əşrəfova
244 saylı məktəbin
II sinif şagirdləri
ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan “Əsrlərin, nəsillərin yadigarı
ana dilim!” adlı tədbir keçirib.
Azərbaycanın himninin səslənməsi
ilə başlanan tədbirdə uşaqlar ana dilimizlə bağlı şeirlər
söyləyib, mahnılar
ifa ediblər. Ədəbi bədii
kompozisiya Azərbaycanın
üçrəngli bayrağının
altında “Azərbaycan”
mahnısı ilə yekunlaşıb.
Kitabxananın direktor müavini Zahirə Dadaşova çıxış edərək
Beynəlxalq Ana Dili Günün tarixi barədə danışıb. Bildirib ki,
1999-cu ildə UNSECO tərəfindən
milli dillərin və mədəni müxtəlifliyin qorunması
məqsədilə təsis
edilən bu günü bütün xalqlar qeyd etməklə
öz doğma dilinin varlığını
hiss edir. Ana dili bizə əsrlərin, nəsillərin
yadigarıdır. Nə qədər
dil var, demək keçmiş də var, nəsil
də var, vətən də var. Ana dilinin saflığını,
varlığını qoruyub
gələcək nəsillərə
ötürmək vətəndaşlıq
borcumuzdur.
Tədbirdə şagirdlərə kitabxananın
təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib. Uşaqlar
kitabxananın “Nağıl otağı”nda cizgi
filmi izləyiblər.
Mədəniyyət.- 2016.- 24
fevral.- S. 10.