Nizami Kino Mərkəzində yapon filmləri həftəsi
Fevralın 19-da Nizami Kino Mərkəzində
yapon filmləri həftəsinin açılışı
oldu. Mərasimdə Yaponiyanın
ölkəmizdəki səfiri
Tsuquo Takahaşi çıxış edərək
fevralın 23-dək davam
edəcək kino günlərində beş filmin nümayiş olunacağını
bildirdi. Qeyd etdi ki, nümayiş olunacaq ekran əsərlərindən
ikisi yapon animatorları Hayao Miyazaki və Makoto Şinkayin dünyada populyarlıq qazanmış animasiya filmləridir.
Ölkəmizdə yapon filmləri
həftəsinin ənənə
halını aldığını
deyən səfir bu il filmlərin Azərbaycan dilində alt yazısı
ilə təqdim olunduğunu diqqətə
çatdırdı. Onu da əlavə etdi ki, H.Miyazakinin “Kikinin çatdırma xidməti” animasiyasını
mart ayının əvvəlində
Şəki və İsmayıllı tamaşaçıları
da Azərbaycan dilində subtitrlə izləyə biləcəklər.
Tsuquo Takahaşi
yapon filmləri həftəsinin gerçəklənməsində
səfirliyə köməklik
göstərdiyinə görə
Mədəniyyət və
Turizm Nazirliyinə, Nizami Kino Mərkəzinə
və yapon.az saytına
təşəkkürünü bildirdi.
Sonra rejissor
Makoto Şinkayin çəkdiyi
“Söz bağçası”
adlı animasiya filmi nümayiş olundu. 46 dəqiqəlik filmdə yapon səhnələri gözəl
animasiya şəklində
əksini tapıb.
Qeyd edək ki, həftə
çərçivəsində fevralın 20-də “Kikinin
çatdırma xidməti”,
21-də “Nabinin sevgisi”,
22-də “Yay gecəsində
yuxu”, fevralın 23-də
isə “Xoşbəxtlik
çörəyi” filmləri
təqdim edilib.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 24
fevral.- S. 10.