ATMU-nun rektoru beynəlxalq
təhsil sammitində iştirak edib
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərov Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən Avrasiya Beynəlxalq Yüksək Təhsil Zirvəsində iştirak edib. 2008-ci ildə İstanbul Aydın Universitetinin təşəbbüsü ilə təsis olunan Avrasiya Universitetlər Birliyi 80-dən artıq universiteti özündə birləşdirir.
Üç gün
davam edən toplantıda dünyanın
müxtəlif universitet və təhsil
şirkətlərinin nümayəndələri iştirak edib. Tədbir
çərçivəsində təhsildə prioritet sayılan istiqamətlər üzrə
müxtəlif panellərin təşkili ilə yanaşı,
iştirakçı universitetlər üçün
təhsil sərgisi fəaliyyət göstərib.
Mədəniyyət.- 2016.- 24
fevral.- S. 9.