Bakıda İtaliya turizminə həsr edilmiş işgüzar görüş

 

Fevralın 19-da Bakıda İtaliyanın “Amanda Tour” şirkəti tərəfindən bu ölkənin turizm imkanlarına həsr olunmuş işgüzar görüş (workshop) keçirilib. Tədbirdə İtaliyanın və Azərbaycanın 100-dən çox turizm təmsilçisi iştirak edib.

 

Amanda Tour” şirkətinin Roma ofisinin direktoru Kladuio Kadeddu bildirib ki, Azərbaycan bazarı bizi çox maraqlandırır. Dörd ildir ki, bu bazarla sıx əməkdaşlıq edirik. Turizm fəaliyyətinin səmərəli olması üçün buya digər ölkənin özünəməxsus cəhətlərini nəzərə almaq lazımdır. Azərbaycan turistləri İtaliyanın Roma, Venesiya, Florensiya kimi klassik şəhərlərini yetərincə yaxşı tanıdıqları halda, İtaliyanın dəniz və termal kurortları barədə bilgiləri azdır. Tədbir bu boşluğu doldurmaqiki ölkənin turizm bazarlarının yaxınlaşmasına kömək məqsədilə təşkil edilib. Əsas məqsəd Azərbaycanın və İtaliyanın turizm biznesinin aparıcı nümayəndələri arasında birbaşa əlaqə yaratmaqdır.

İtaliyadanBatani” hotellər şəbəkəsinin satış və marketinq üzrə meneceri Loriana Massi bildirib ki, yaxın vaxtlarda hotellərin birində “hər şey daxilprinsipi üzrə yerləşmə imkanı yaranacaq. MDB ölkələrindən olan turistlərin çox xoşladığı bu prinsip İtaliya üçün hələlik ekzotik sayılır. Yeri gəlmişkən, Çezenatiko şəhərində yerləşən “Grand Hotel Da Vinci”, Rimini yaxınlığındakı “Grand Hotel Riminikimi məşhur hotellər də bu şəbəkəyə daxildir. Dahi rejissor Federiko Fellini özününŞirin həyat” və “Amarkordkimi məşhur filmləri üçün səhnələri “Grand Hotel Rimini” hotelində çəkib. “Grand Hotel et de Milan” hotelinin məşhur müsafirləri az olmayıb. Bəstəkar Cüzeppe Verdi Milanda yerləşən bu il 153 yaşını qeyd edən bu hoteldə 20 il yaşayıb Otellooperasını orada yazıb.

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 8.