Azsaylı xalqların adət-ənənələrindən bəhs edən tamaşa

 

Qusar Dövlət Ləzgi Dram Teatrında azsaylı xalqların adət-ənənələrindən bəhs edən yeni tamaşa hazırlanır.

Yazıçı-dramaturq Asəf Mehmanın əsəri əsasında hazırlanan “Sədəf” adlı tamaşa ucqar dağ kəndində yaşayan iki gəncin sevgisiyerli toy adət-ənənələrindən bəhs olunur.

Teatrın bədii rəhbəri, tamaşanın quruluşçu rejissoru Faiq Qardaşov bildirib ki, azsaylı xalqların adət-ənənələrindən bəhs edən səhnə əsəri təsadüfi seçilməyib. Bu tamaşa Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ilielan edilməsi ilə əlaqədar repertuara salınıb.

Yeni tamaşanın premyerası martın 1-də Qusar şəhər Mədəniyyət Mərkəzində keçiriləcək. Premyeradan sonra teatrın kollektivi yeni tamaşanı kənd klublarında da təqdim edəcək.

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 7.