“Bir
az möhlət istəyirəm
ömürdən”
Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında Xalq şairi, dramaturq Nəriman Həsənzadənin 85 illiyi ilə əlaqədar “Bir az möhlət istəyirəm ömürdən” adlı ədəbi-bədii gecə keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov, direktor müavini Hüriyyə Sultanova Nəriman Həsənzadə poeziyasının səciyyəvi xüsusiyyətlərindən bəhs ediblər.
Oxu zalının baş kitabxanaçısı Rübabə Hacıbəyova şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Sonra şəhər 2
saylı texniki təmayüllü lisey və 3 saylı tam orta məktəbin şagirdləri şairin məşhur şeirlərindən parçalar söyləyiblər.
Mədəniyyət.- 2016.- 24
fevral.- S. 7.