Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi

 

Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında görkəmli şair, yazıçı, fədakar maarifçi Abdulla Şaiqin (1881-1959) 135 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxanaçı Qənimə Baqişova şairin həyatı və yaradıcılığı haqqında məlumat verib. 5 saylı orta məktəbin kitabxanaçısı Şirin Abdullayeva və müəllimə Arzu Əliyeva şairin uşaq ədəbiyyatına verdiyi töhfələrdən danışıblar.

5 saylı orta məktəbin şagirdlərinin ifasında Abdulla Şaiqin hekayələri, təmsil və şeirləri səslənib. Şairin təmsilləri əsasında nümayiş etdirilən bədii kompozisiya və səhnəciklər tədbiri daha da rövnəqləndirib.

 

* * *

Tərtər rayon MKS-nin Uşaq şöbəsində də Abdulla Şaiqin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. MKS-nin direktoru U.Qurbanova, Uşaq şöbəsinin müdiri A.Həsənova çıxış edərək Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatının və maarifçi mühitin inkişafına verdiyi töhfələrdən söz açıblar.

Sonra məktəblilər Abdulla Şaiqin “Bənövşə”, “Qızılgül”, “Zanbaq”, “Qərənfil”, “Arı” və s. şeirlərini söyləyiblər. SondaAbdulla Şaiq - 135” başlıqlı kitab sərgisinə baxış olub.

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 7.