Musiqi xadimləri haqqında yeni nəşrlərin təqdimatı

 

Yeni nəşrlərdə klassiklər və bu gün yazıb-yaradan musiqişünaslar haqqında məlumatlar yer alıb

 

Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş yeni broşürlərin (II hissə) və “Qara Qarayev - tələbələrinin xatirələrində” (rus dilində) kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə “Şərq-Qərb” nəşriyyatında işıq üzü görən 16 kitabça haqqında məlumat verdi. Qeyd etdi ki, təqdim olunan nəşrlər klassiklərlə yanaşı, bu gün yazıb-yaradan bəstəkar və musiqişünaslara da həsr olunub. Broşürlərdə Əşrəf Abbasov, Şəfiqə Axundova, Elza İbrahimova, İsmayıl Hacıbəyov, Dadaş Dadaşov, Faiq Sücəddinov, Adilə Yusifova, Rəna Məmmədova və başqaları, onların əsərləri haqqında bilgilər yer alıb.

Bəstəkarlar İttifaqının katibləri - əməkdar incəsənət xadimləri Zemfira Qafarova və Sərdar Fərəcov çıxış edərək yeni nəşrlərin dəyərindən söz açdılar. Bildirildi ki, bu nəşrlər tədris üçünböyük əhəmiyyətə malikdir. Layihənin gələcəkdə də davam etdiriləcəyi diqqətə çatdırıldı.

AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova və Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyeva da layihənin musiqi mədəniyyətimizin öyrənilməsi və təbliğinə töhfə olduğunu vurğuladılar.

Tədbirdə rus dilində yeni çap olunmuşQara Qarayev - tələbələrin xatirələrində” kitabı haqqında söz açıldı. Nəşrin tərtibçi-redaktoru Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevadır.

Çıxışlardan sonra söz musiqiyə verildi. Elnarə Dadaşovanın piano üçün prelüd, Sərdar Fərəcovun violinpiano üçünSentimental vals”, “Ulduzlu gecə”, “Skertso” pyesləri, Adilə Yusifovanın “Milli naxışlar” silsiləsindən “Həsir canlanarkən”, “Gəlincik” pyesləri və Ruhəngiz Qasımovanın “Azərbaycan gözəlləri” əsəri səsləndirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 6.