"İnsanlıq
fəryadı"
Xocalı faciəsinə həsr edilmiş kompozisiya
Fevralın 22-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin təqdimatında Xocalı soyqırımına həsr edilmiş "İnsanlıq fəryadı" adlı kompozisiya nümayiş olunub.
Soyqırımının canlı şahidləri - şəhid Milli Qəhrəman Ələsgər Novruzovun həyat yoldaşı Şəkidə Mustafayeva, “İgidliyə görə” medalı ilə təltif olunan Şöhrət Həsənovun bacısı Mehriban Əliyeva və Surxay Quliyev faciədə yaşadıqları dəhşətli anlardan bəhs ediblər.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev və Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək vurğulayıblar ki, Xocalı faciəsi bütövlükdə bəşər tarixində insanlığa qarşı ən böyük cinayətdir.
Rəsmi hissədən sonra
tələbələrin ifasında "İnsanlıq fəryadı"
adlı kompozisiya nümayiş
etdirilib.
Mədəniyyət.- 2016.- 24
fevral.- S. 4.