“Sərhədləri aşan incəsənət”

 

Martın 3-də “Yeni Gallery” İncəsənət Mərkəzində əslən azərbaycanlı olan, İranın İsfahan şəhərində dünyaya göz açmış Sanaz Panahpur Darehşourinin “Sərhədləri aşan incəsənət” mövzusunda rəngkarlıq əsərlərindən ibarət fərdi sərgisinin açılışı keçiriləcək.

Mərkəzdən bildirilib ki, Sanaz Panahpur Darehşouri ailəsinin ikinci nəslinə aid olan rəssamlardandır. Rəssam təsviri sənətin müxtəlif forma və mahiyyətinə böyük maraq göstərib. Qrafik dizayn üzrə bakalavr, teatr sənəti üzrə magistr dərəcəsi olan Sanaz xanımın yaradıcılığı çoxşaxəlidir. Əsərlərin cəsarətli rəng və qrafik həlli rəssamın tablolarını mənalı və cəlbedici edir. İranda, HindistandaDubayda keçirilən sərgilərin iştirakçısıdır. Sanaz Panahpur Darehşourinin Bakıda təşkil olunan ilk sərgisi martın 5-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 11.